Фото из открытых источников
Azərbaycanda məhkəmə sistemində islahatlar aparılmalıdır
Bakı/04.07.17/Turan: Azərbaycan Demokratiya və Rifah Hərəkatının keçirdiyi "dəyirmi masa"da Azərbaycanda məhkəmə və hüquq sisteminin mövcud durumu müzakirə olunub.
Təşkilatın rəhbəri Qubad İbadoğlu məhkəmə sistemini elementar standartlara uyğun olmayan, şəxsiyyətin və ya hüquqi şəxsin maraqlarının müdafiəsinə zəmanət verməyə qadir olmayan sistem kimi xarakterizə edib.
"Qanunun aliliyinə deyil, telefon hüququna əsaslanan indiki sistemdə xarici investorları cəlb etmək çətindir. Məhkəmə sistemi icra hakimiyyətindən asılı olan Azərbaycana heç bir investor gəlməz, o qeyd edib.
Transformation Index 2014-ə görə, Azərbaycan məhkəmələri korrupsiya və icra hakimiyyətinin təsirinə məruz qalıb ki, bu da məhkəmə qərarlarının qeyri-effektiv icrasına gətirib çıxarır.
Nations in Transit 2014-ə görə, əksər hallarda zəif məhkəmə sistemi qərəzsiz, hərtərəfli və mövcud sübutlara tam baxılmaqla qərar çıxarmağa qadir deyil.
2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyəti haqqında hesabata görə, məhkəmələr hökumət üzvləri, nüfuzlu şəxslər və şirkətlər tərəfindən siyasi təzyiqlərə məruz qalır.
Ekspertlər Azərbaycanın məhkəmə sisteminin əsas problemləri sırasında ali məktəblərdə hüquq təhsilinin səviyyəsinin aşağı olmasını, hakimlərin səriştəsizliyini, hakim və vəkil çatışmazlığını, hakim və vəkillərin əmək haqlarının az olmasını, ictimai nəzarətin zəifliyini, icra hakimiyyətinin məhkəmə sisteminə güclü təsirini göstəriblər.
Müzakirələr zamanı ekspertlər belə fikrə gəliblər ki, dövlət başçısının elan etdiyi kimi, müxtəlif sahələrdə islahatların aparılması üçün ilk növbədə məhkəmə sistemində islahatlar olmalıdır. Məhkəmə və hüquq sisteminin sağlamlaşdırılması üçün tövsiyələrin hazırlanması barədə qərar qəbul edilib. Bu tövsiyələr ictimaiyyətə açıqlanacaq.-0-
-
- Cəmiyyət
- 4 İyul 2017 17:21
-
- Mədəniyyət
- 4 İyul 2017 18:04
Cəmiyyət
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
-
Mayın 18-də Bakıda və Abşeronda yağıntılı tutqun hava şəraiti davam edəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 11+13, gündüz müsbət 15+19 dərəcə olacaq.
-
Turan İnformasiya Agentliyinin son araşdırmaları Azərbaycanda kanalizasiya sisteminin idarə olunması ilə bağlı narahatedici hüquqi pozuntuları və ekoloji təhdidləri üzə çıxarıb. Turan-ın dərc etdiyi üç məqalədə dövlət nəzarətindəki ciddi nöqsanlar işıqlandırılır ki, bu da kanalizasiya xətlərinin icazəsiz tikintisinə və təmizlənməmiş çirkab sularının Zaqulba və Buzovna çimərliklərinin yaxınlığında Xəzər dənizinə axıdılmasına səbəb olub.
-
Cümə günü saat 11:00-a yaxın minik avtomobili Nərimanov metro stansiyasının yaxınlığındakı World Telecom mağazasına çırpılıb.
Rəy yaz