РадиоАзадлыг

РадиоАзадлыг

Bakı/07.07.17/Turan: İyulun 7-də jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində iki saat yarımdan artıq dindirilib. Bu haqda jurnalist özü bildirib.

Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan" TV İnternet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olsa da ona əlavə suallar da veriblər. "Əsasən Əfqan Muxtarlı, "Meydan" TV və onun rəhbəri Emin Milli barədə suallar verirdilər. Bundan əlavə, mühacirətdəki yazıçı Gönül Mövlud, eləcə də Elmir Mirzəyev barədə də soruşdular. Suallarına bildiyim qədərilə cavab verdim" , -jurnalist deyib.

İ.Şıxəlinin ifadəsi şahid qismində alınıb. Buna qədərsə jurnalistlər İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və "Meydan" TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Ötən həftə hər iki iş üzrə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin "Meydan" TV-nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

Xatırladaq ki, jurnalist Ə.Muxtarlı mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə - hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə, eləcə də 318.1, 206.1 maddələri ilə -sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

İki il əvvəl, 2015-ci ildə "Meydan" TV-nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda "Meydan" TV-nin rəhbəri Emin Milli bunları demişdi: "Artıq bəlli olub ki, "Meydan" TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb.-05B-

Rəy yaz

Cəmiyyət

Azərbaycanlılar niyə xoşbəxt deyillər? – Samirə Qasımlı Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti