Kürdəxanı təcridxanası

Kürdəxanı təcridxanası

Bakı/08.07.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalst Əfqan Muxtarlının səhhətində problemlər var. "Kanal 13" İnternet resursun rəhbəri Əziz Orucova isə ailə üzvləri ilə görüşməyə imkan vermirlər. Bu barədə "Azadlıq" radiosuna vəkil Elçin Sadıqov məlumat verib. Vəkil onlarla Bakı İstintaq Təcridxanasında görüşüb.

Təcridxanada Ə.Muxtarlının müalicəsi üçün şərait yoxdur. İsti yemək olmadığından mədə ağrıları kəskinləşib. Soyuducuda yer olmadığından ərzaq saxlaya bilmir. Gürcüstanda yaşayan yaxınları ilə telefonla danışmasına imkan verilmir", - vəkil bildirib.

Gözəl Bayramlının ayaq oynağında şişmələr var. Müalicəyə şərait yaradılmır. Yalnız ağrıkəsicilər vururlar. Bu da onun mədə sistemində başqa ciddi problemlər yaradır.

Vəkilin sözlərinə görə, G.Bayramlıya vəkilləri ilə danışmağa imkan verilmir. Odur ki,

əgər istədiyi şəxslərlə telefonla danışmasına icazə verilməsə gələn həftə aclıq aksiyasına başlayacaq.

Ə. Orucova gəlincə, indiyədək onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Onu demək olar ki, təcrid edilmiş vəziyyətdə saxlayırlar. -0-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti