Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Əfqan Muxtarlı

Əfqan Muxtarlı

Əfqan Muxtarlı 16 kiloqram arıqlayıb
Cəmiyyət 


2017 İyul 11 ( Çərşənbə axşamı )  10:50:26
Çap versiyası
English Русский 

Bakı/11.07.17/Turan: 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb.

Bu barədə vəkil Elçin Sadıqov iyulun 10-da jurnalistlə görüşündən sonra Facebook səhifəsində yazıb.

"Əfqan Muxtarlı bildirdi ki, yeməyini isidib yeməyə icazə vermirlər, təcridxanada verilən yemək isə keyfiyyətsizdir. Bu səbəbdən mədəsində kəskin ağrılar yaranıb. Həbsdə qaldığı müddətdə 16 kiloqram arıqlayıb", - vəkil yazıb.

Ə.Muxtarlı mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhəddə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirib ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.

Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhəddi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirdiyinə görə, o, sərhəddi keçərkən Azərbaycan ərazisində saxlanılıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.-03B-