Muxtarlının xanımı gürcü polisinin araşdırmalarından narazıdır
Bakı/12.07.17/Turan: Həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı və gürcü vəkili iyulun 12-də Gürcüstanda açılmış cinayət işinin materialları ilə tanış olublar. Bu haqda jurnalistin xanımı Leyla Mustafayeva bildirib. O, aparılan araşdırmadan narazı olduqlarını deyib.
"Bizi içində heç nə olmayan cinayət işinin materialları ilə tanış etdilər. Cinayət işi 1800 səhifəlikdir, ancaq içində heç nə yoxdur", - Mustafayeva deyir.
O cinayət işi materialları içində müşahidə kameralarının görüntülərinin olduğunu da bildirib:
"Həmin video görüntülərin ikisində Əfqanla bağlı görüntü var. Onun da birinə baxa bildik. Texniki problemlərə görə, ikinci disk açılmadı. Bizə bildirdilər ki, Əfqanın aparıldığı marşrut üzrə Daxili İşlər Nazirliyinin nəzdində olan müşahidə kameraları həmin gün işləməyib. O kameralardan bir dənə də olsun görüntü götürmək mümkün olmayıb. Bizə bildirdilər ki, yollarda quraşdırılan və polisin nəzdində olan kameraların sistemi yenilənir və təmir işləri gedir. Nə baş veribsə məhz həmin gün Əfqanın çörək aldığı mağaza və ona bitişik aptekin də kameraları işləməyib. Əfqanın keçdiyi keçiddəki 10-adək müşahidə kamerası da işlək vəziyyətdə olmayıb".
Jurnalistin xanımı vəkillərin hüquqi prosedurlara uyğun olaraq gərəkli addımlar atacağını qeyd edib.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib. Jurnalist özü Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bildirir.
O AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi - 318.1 və 206.1 maddələri ilə (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb. Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələni siyasiləşdirmək düzgün deyil.
Əfqan Muxtarlının Azərbaycan gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.-0-
-
- Cəmiyyət
- 12 İyul 2017 18:00
Cəmiyyət
-
Bazar günü, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Departamenti məlumat yayıb
-
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
Rəy yaz