Гезяль Байрамлы
Təcridxanada Gözəl Bayramlının səhhəti pisləşib
Bakı/18.07.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlıda osteoartrit xəstəliyi kəskinləşib. Bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.
İyulun 17-də o, təcridxanada G.Bayramlıya baş çəkib.
"Gözəl Bayramlı osteoartrit (oynaq xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Artıq dizində iltihab yaranıb, ayağını qatlaya bilmir. Bu səbəbdən çətinliklə yeriyir", - Z.Sadıqova Turan-ın müxbirinə bildirib.
Vəkilin sözlərinə görə, G.Bayramlı təcridxanada effektiv müalicə almır.
"Gözəl Bayramlı dəhşətli ağrılarının olduğunu deyir. Həkimlər isə ancaq ağrıkəsici kimi "diklofenak" iynəsi vururlar", - vəkil bildirib.
Onun sözlərinə görə, G.Bayramlıya telefonla danışmağa icazə verilmir.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, CM-in 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbayel Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib. Rəsmi bəyanatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib. Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə qoyublar və onun həbsi siyasi xarakter daşıyır. -06D--
-
- Siyasət
- 18 İyul 2017 15:41
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 17:42
- 337
-
- Kənd təsərrüfatı,
- 13:01
- 357
Rəy yaz