Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
 B

B

Muxtarlının işi Gürcüstan güc qurumlarını sarsıdır
Cəmiyyət 


2017 İyul 20 ( Cümə axşamı )  15:07:42
Çap versiyası
English Русский 

Bakı/20.07.17/Turan: Gürcüstanda sərhəd polisinin və əks-kəşfiyyat departamentinin direktoru vəzifəsindən çıxarılıb. Bu, azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması ilə əlaqədardır. Ə.Muxtarlı Bakıda həbs edilib.

Gürcüstan DİN rəhbəri Georgi Mqebrişvili brifinqdə bildirib ki, kadr üzrə qərarlar ölkədə araşdırılan bu iş üzrə istənilən şübhələrdən qaçmaq üçün qəbul edilib.

"Dövlət sərhəddinə və əks-kəşfiyyata birbaşa cavabdeh olan xidmətlərin rəhbərləri təhqiqatın sonunadək işdən kənarlaşdırılıblar", - o bildirib.

G.Mqebrişvili deyib ki, "onların günahsız olduqlarına əmindir , ancaq istintaq istənilən versiyanı istisna edə bilməz və sərhəddi keçmə aydın olmayan şəraitdə baş verdiyinə görə belə qərar qəbul edilib".

Ə.Muxtarlı iyunun 29-da Tbilisidə oğurlanıb, işgəncələrə məruz qalıb və sonra zorla Azərbaycana gətirilib. O, sərhəddi qanunsuz keçmək, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, həmçinin qaçamalçılıqda (onun cibinə 10 min avro qoyulub - CM-in 315.2, 318.1, 206.1-ci maddələri) ittiham olunub. Avropa İnsan Hüquqları Məhkəməsi Ə.Muxtarlının həbsindən şikayəti prioritet qaydada baxılmaq üçün qəbul edib.06D-