Лейла Мустафаева. Eurasianet

Лейла Мустафаева. Eurasianet

Bakı/22.07.17/Turan: "Polis, demək olar ki, işin ədalətli araşdırılması üçün vacib olan bütün faktları məhv edib. Bundan sonra Əfqan Muxtarlının işini araşdırmaq üçün prokurorluğa veriblər".

Həbsdəki azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstanın Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərlərinin vəzifələrindən müvəqqəti uzaqlaşdırılması ilə bağlı açıqlamasında belə deyib.

O, araşdırmadan narazı olduqlarını vurğulayıb.

"Bizim üçün neçə məmurun vəzifəsindən kənarlaşdırılması önəmli deyil. İstintaq üçün heç bir şey etmirlər, reallıq budur ki, ortada heç bir yenilik yoxdur. Mən əminəm ki, hər şeyin necə baş verdiyini çox yaxşı bilirlər, vacib olan sübutları əllərində saxlayırlar, ancaq açıqlamırlar", deyə L.Mustafayeva bildirib.

O əlavə edib ki, artıq ona və Ə.Muxtarlının vəkillərinə cinayət işinin prokurorluqda araşdırılmasına başlanması haqda məlumat verilib.

İyulun 20-də Gürcüstanın Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərlərinin Ə.Muxtarlı işinə görə vəzifələrindən müvəqqəti uzaqlaşdırılması Gürcüstanın media təşkilatları tərəfindən birmənalı qarşılanmayıb.

Parlament istintaq qrupu yaradılmalıdır.

Gürcüstan Jurnalistika Etikası Xartiyası təşkilatı bəyan edib ki, reallıq jurnalistin oğurlanması işində heç bir irəliləyişin olmamasından ibarətdir.

"Əfqan Muxtarlının Tbilisidən Bakıya aparılması, bunu heç kimi görməməsi sualına aydın cavab verilməsi bizim üçün ən önəmli sualdır", deyə təşkilatın icraçı direktoru Nata Dzvelishvili bildirib.

O, jurnalist birliklərinin Ə.Muxtarlının işi üzrə parlament istintaq qrupunun yaradılmasında israrçı olacaqlarını vurğulayıb.

Qeyd edək ki, bu gün Gürcüstanın daxili işlər naziri George Mgebrishvili Gürcüstanda Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərlərinin azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən müvəqqəti kənarlaşdırıldığını açıqlayıb.

Bundan əlavə, jurnalistin Azərbaycana aparılması ilə bağlı Gürcüstanda açılmış cinayət işi araşdırılması üçün polisdən alınaraq prokurorluğa verilib. -0-

Rəy yaz

Cəmiyyət

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti