Jurnalist prokurorluqda dindirilib
Bakı/26.07.17/Turan: İyulun 25-də jurnalist Aytən Fərhadova Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 4 saatadək dindirilib.
Onun sözlərinə görə, dindirmə həbsdəki jurnalist Əfqan Muxtarlı və "Meydan" TV İnternet resursuna qarşı açılmış cinayət işi ilə bağlı olub.
"Bundan əvvəl olduğu kimi (jurnalist əvvəllər də dindirilib) indi də ənənəvi suallar verdilər, amma bu dəfə suallar daha detallı idi. Əfqan Muxtarlı, "Meydan" TV ilə bağlı suallar oldu", - jurnalist istintaq sirri səbəbindən dindirilməsinin təfərrüatlarına varmayıb.
A.Fərhadova iş üzrə şahid qismində dindirilib.
Qeyd edək ki, bir müddət əvvəl həbsdəki jurnalist Əfqan Muxtarlınin cinayət işi "Meydan" TV-nin cinayət işi ilə birləşdirilib.
Bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, İslam Şıxəli, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri adıçəkilən cinayət işləri üzrə şahid qismində dindiriliblər.-0--
-
- İqtisadiyyat
- 26 İyul 2017 11:39
-
- Cəmiyyət
- 26 İyul 2017 11:52
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz