Əliyevin Varşavadan İstanbula səyahəti

Əliyevin xarici səyahəti iyunun 26-28-də Polşaya səfər ilə başlayıb və neft konfransı çərçivəsində iyulun 9-10-da İstanbulda prezident Erdoğanla şam yeməyi və ABŞ dövlət katibi Tillersonla söhbəti ilə yekunlaşdı.

Polşada Əliyev faktiki olaraq hələ yaxın keçmişdə Moskvanı ciddi şəkildə məyus edə biləcək meydan oxuyan ton ilə fəal Avropayönlü siyasətə qayıtdığını bəyan edib. Amma bu gün müxtəlif paytaxtlardan - superdövlətlərdən tutmuş dünya xəritələrində az nəzərə çarpan dövlətlərə qədər, - daxil olan məlumatlar göstərir ki, Şərq və Qərb arasında güzəştlər dövrü son illər Ukraynadan Suriyaya qədər uzanan qarşıdurmalar dövrünü əvəz etməyə başlayır.

Cənubi Qafqazda mühüm geosiyasi oyunçular olan ABŞ və Rusiya Hamburqda G-20 sammiti meydanında bütün dünyaya açıq-aşkar Qərb və Rusiya arasında münasibətlərin sabitliyini pozan amillər olan Ukrayna və Suriya üzrə mövqelərinin yaxınlaşdığını nümayiş etdirdilər.

Görünür, Tramp və Putinin görüşü mühüm geosiyasi qarşıdurmanın tənzimlənməsi zamanı iqlimin istiləşməsinə qarşı mübarizə və azad ticarət zonası məsələləri düyününü çözən sammitin ən nəzərəçarpan qeyri-rəsmi gündəliyi idi.

Hər iki tərəfi təmin edən bu mühüm görüş Cənubi Qafqaz üzrə də razılıq əldə edilməsi üçün zəmin yaradır. Burada Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı və müharibə şəraitində olan, sovet keçmişi və Avropa gələcəyi arasında keçid yaşayan iki dövlət arasında güzəştli sülhə nail olmaq mühüm regional mövzulardır.

Yerevandan Ermənistanın Kremlin xeyir-duası ilə hərtərəfli və geniş tərəfdaşlıq haqqında saziş imalamağa hazırlaşdığı haqqında məlumatlar da Amerika-Rusiya dialoqunda Cənubi Qafqaz haqqında danışıldığını göstərir. Bu sazişi tamamilə güzəştli hesab etmək olar, çünki Aİ-yə üzvlük hədəfinin formalaşdırılmasını istisna edir, amma, eyni zamanda bu dövlətlərarası təşkilatla assosiasiya üçün platforma yaradır. Aİ ilə sövdələşmə əldə etmək məsələsində həmişə daha təmkinli olan Azərbaycanla da belə bir saziş hazırlanır. Hər iki ölkənin noyabrda Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitində Aİ ilə saziş imzalayacağı gözlənilir. ABŞ və Rusiya arasında qurulan son kooperasiya bunun üçün real şanslar yaradır. Həmçinin, Avropaya inteqrasiyada həmişə Qafqaz qonşularını geridə qoyan Gürcüstandan fərqli olaraq, Ermənistan və Azərbaycan faktiki olaraq eyni zamanda müxtəlif Avropa ittifaqlarının və layihələrinin üzvü olublar. Avropa Şurasına, Sülh naminə Tərəfdaşlığa və s. üzvlük məsələsində də belə olub. Faktlar hər iki tərəfin noyabrda Aİ ilə çoxdan gözlənilən sazişləri bağlayacaqlarına dəlalət edir ki, bu da münasibətləri yeni avrointeqrasiya mərhələsinə çıxaracaq.

Əliyev və Tillersonun görüşü haqqında qısa rəsmi hesabatdan göründüyü kimi, İstanbulda bu məsələlərə toxunulub. G20 sammitində iştirak edən və Tramp və Putinin bir çox məsələlər üzrə razılaşmaları haqqında məlumatı olan dövlət katibi Əliyevlə yaxın gələcəkdə onun ölkəsinin taleyi haqqında daha əminliklə danışa, ABŞ və Rusiya prezidentlərinin son razılaşmaları çərçivəsində manevrlər üçün dəhliz aça bilərdi.

Əliyev administrasiyasının prezidentin dövlət katibi ilə görüşü haqqında verdiyi qısa məlumatlardan görünür ki, Azərbaycanın avtoritarizmdən demokratiyaya stabil keçid əsasında inkişafı məsələsi diqqət mərkəzində olub. ABŞ-ın Azərbaycanda hakimiyyətin ailə daxilində ardıcıllıq yolu ilə keçməsinə yol açan ötən ilki referenduma susqun reaksiyası bu gün Azərbaycan-Amerika dialoqunda davam edir və İlham və Mehriban Əliyevlərin yerdəyişməsi planlaşdırılan 2018-ci il seçkiləri məsələsinin getdikcə daha çox reallıq qazandığını göstərir. Amma bu yerdəyişmə Vaşinqtonun son vaxtlar daha yumşaq şəkildə xatırlatdığı12 iqtisadi yol xəritəsini və insan hüquqları sahəsində milli fəaiyyət planını və s.ehtiva edən islahatlar haqqında öhdəliklərlə sıx əlaqəlidir.

Biz Əliyevin Polşa və Türkiyəyə səfərindən danışdıq, amma iyunun 28-dən iyulun 8-nə qədər olan dövrdə onun görüşləri haqqında heç nə bilmirik. Onun Azərbaycan məsələlərində mühüm rol oynayan Erdoğanla kənar gözlərdən gizli şam yeməyi də göstərir ki, istiləşməkdə olan Türkiyə-Amerika, Amerika-Rusiya və Türkiyə-Rusiya münasibətləri fonunda Əliyev o vaxt artıq Tillersonla görüşə hazır idi. Qafqaz prosesinin mühüm iştirakçıları arasında bu qarşılıqlı razılaşma Azərbaycanda tərəqqi və böhranların bir-birini əvəz etdiyi 25 illik postsovet muxtariyyəti dövründə ilişib qalmış islahatlar üçün əlverişli şərait yaradır. Amma, əlbəttə ki, Əliyevin Özbəkistan nümayəndə heyəti ilə söhbəti bu haqda olmayıb.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti