Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Avropa məhkəməsi Əfqan Muxtarlının işinə prioritet qaydada baxacaq

Avropa məhkəməsi Əfqan Muxtarlının işinə prioritet qaydada baxacaq
Siyasət 


2017 İyul 07 ( Cümə )  16:39:08
Çap versiyası
English Русский 

Tbilisi/07.07.17/Turan: Avropa məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinə sürətləndirilmiş rejimdə baxacaq, Ə.Muxtarlının vəkili Arçil Çopikaşvili bildirib.

"Strasburq məhkəməsi bu işə "prioritet"lik verib və bu, o deməkdir ki, Avropa məhkəməsində işə prioritet, sürətləndirilmiş qaydada baxılacaq", - "Azadlıq" radiosu vəkildən sitat gətirib.

2015-ci ildən Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-da Tbilisidə yoxa çıxıb. Sonradan məlum olub ki, Bakıdadır və həbs edilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunub.

Mayın 31-də Bakı məhkəməsi onu həbs edib. Jurnalistin ailəsi bildirir ki, onu oğurlayıblar, üzərinə pul qoyublar və gizli olaraq Azərbaycana aparıblar.

Ə.Muxtarlının doğmaları əmindir ki, onun oğurlanmasında Gürcüstan hüquq-mühafizə orqanları nümayəndələrinin əli var.

Azərbaycanlı jurnalistin oğurlanması Gürcüstan cəmiyyətində geniş rezonans doğurub. Gürcüstan KİV və QHT nümayəndələri Tbilisidə və ölkənin digər şəhərlərində Ə.Muxtarlıya dəstək aksiyaları keçiriblər.-02D-