Azərbaycan Kinematoqrafçılar İttifaqı qaliblərin adlarını açıqlayıb

Bakı/01.08.17/Turan: Azərbaycan Kinematoqrafçılar İttifaqı peşə bayramı günündə illik mükafatlarını təqdim edib. Ittifaqın mətbuat katibliyindən bildiriblər ki, qaliblər seçilərkən milli kinoda gedən proseslər analiz olunub, müsbət tendensiyalar qeyd edilib. Kinorejissor Mirbala Səlimli "Qırmızı bağ" filmində "Parlaq bədii həllinə görə", kinooperator Yuri Varnovski "Sənətə sadiqliyinə görə", sənədli kino rejissoru Nazim Rza "Sənədli kinoya töhfələrinə görə" nominasiyalarında qalib olublar. Ittifaqın sədri Rüstəm İbahimbəyov Kino günü münasibətilə həmkarlarına müraciət edib. Müraciətdə deyilir: "Peşə bayramı günündə hamıya yaradıclıq nailiyyətləri, uğurlar və cansağlığı arzulayıram. Kinematoqrafçılar İttifaqının builki mükafatlarının qalibləri Mirbala Səlimli, Yura Varnovski və Nazim Rzanın uğuruna sevinir və təbrik edirəm.

Şübhə etmirəm ki, o biri həmkarlarımızın da bu il hamımızı sevindirən nailiyyətləri var. Təəssüfləndirici hal odur ki, 2008-ci ildə elan edilmiş kinonun inkişafı üzrə Dövlət Proqramı tam həcmdə yerinə yetirilməyib, bizim İttifaqın təşəbbüsü ilə proqrama salıınmış bir çox təkliflər həyata keçməyib. Ola bilsin ki, Dövlət Proqramının bitməsinə qalmış il yarım vaxt ərzində nələrisə etmək mümkün olsun. Buna görə də ümidvaram ki, heç nəyə baxmayaraq , Azərbaycanda ən çətin şəraitdə belə həm Vətəndə, həm də ondan kənarda uğur qazanacaq filmlər yaradılacaq".

Rəy yaz

Mədəniyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti