Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar
Bakı/04.08.17/Turan: Penitensiar Xidmət həbsdəki jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşmək hüququnu pozmaqda davam edir. Bunu jurnalistin yaxın dostu Samir Əsədli bildirib. O deyib ki, jurnalistlə görüşməsi üçün Ə.Muxtarlının ailə üzvləri ona etibarnamə veriblər.
S.Əsədli qeyd edib ki, Ə.Muxtarlının saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi jurnalistin vəkillərinə bildirib ki, görüş üçün heç bir məhdudiyyət olmayacaq. "Bundan sonra biz bu gün görüş üçün təcridxanaya getdik. Bizi bir saatdan artıq gözlədəndən sonra rəis xəbər göndərdi ki, mən görüş üçün söz verməmişəm",- S.Əsədli qeyd edib.
Öz növbəsində vəkil Elçin Sadıqov da deyib ki, dünən təcridxana rəhbərliyi vəkilə bildirib ki, görüş üçün maneçilik yaradılmayacaq.
Qeyd edək ki, Ə.Muxtarlının yaxınlarının onunla görüşməsinə bir neçə dəfə imkan verilməyib. Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə şikayət edilib. Ancaq şikayət icraata qəbul edilməyib. Bu qərardan apellyasiya şikayəti verilib.
* Əfqan Muxtarlı mayın 29-da Tbilisidə həbs edilərək Bakıya gətirilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə qarşı zorakılıq etməkdə ittiham olunur. Ə.Muxtarlı ittihamları rədd edir. Amnesty International onu vicdan məhbusu kimi tanıyıb. -05B-
Cəmiyyət
-
Aprelin 18-də Bakıda və Abşeronda yağıntısız isti hava şəraiti davam edəcək. Səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
-
Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılma prosesi başlayıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 17-də bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib: "Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
-
Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bloger Cəmil Məmmədlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
-
Azərbaycanın yaşıl mənzərələrlə əhatə olunmuş Şəki şəhərində keçmişlə bağlı xatirələri saxlayan tarixi qala yerləşir. Ancaq son açıqlamalar onun qədim daşlarına qaranlıq kölgə salıb, qalanın sakit fasadının arxasında gizlənmiş narahatverici zorakılıq və zülm tarixçəsini ortaya qoyub.
Rəy yaz