Vəkil: �Jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var�
Bakı/09.08.17/Turan: "Həbsdəki jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var, ancaq müalicəsinə imkan verilmir", -Ə.Muxtarlının vəkili Nemət Kərimli Turan-a bildirib.
Vəkilin sözlərinə görə, avqustun ilk günlərində onu həkim müayinəsindən keçiriblər. Həkimlər Əfqana bildiriblər ki, onun ürəyində problemlər var. Bu səbəbdən nəbzi normadan xeyli yüksəkdir. Əfqan Muxtarlıya müalicə üçün resept yazıblar.
Vəkilin sözlərinə görə, həkimin resepti artıq Ə.Muxtarlının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib. Ancaq 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir. Vəkil bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini bildirib.
Şəkərli diabetdən əziyyət çəkən Ə.Muxtarlının mədəsində ağrılar var, həbsdən sonra 21 kiloqram arıqlayıb.
Penitensiar Xidmət jurnalistin sağlıq durumu ilə bağlı açıqlamaları şərh etməyib.
*Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana göndərilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıq, sərhədçiyə qarşı zorakılıqda itiham olunub. Jurnalist ittihamları qəbul etmir. Amnesty International Əfqan Muxtarlını vicdan məhbusu kimi tanıyıb. -05B06-
Cəmiyyət
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
-
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzərin Azərbaycan sektorunda dövlət sərhədini pozan İrana məxsus qayığı saxlayıb, bu barədə bu qurumun 22 aprel tarixli məlumatında deyilir.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 5 gündür quru aclığı davam etdirir. Bu barədə aprelin 22-də Elnur Həsənovla telefon danışığından sonra AXCP-dən Turan-a bildiriblər.
Rəy yaz