Афган Мухтарлы
Əfqan Muxtarlıya Məmmədəmin Rəsulzadənin kitabları və yaxınları ilə görüş verilməyib
Bakı/14.08.17./Turan: Avqustun 12-də Kürdəxanı təcridxanasının əməkdaşları Əfqan Muxtarlıya yaxınları ilə görüşməyə icazə verməyiblər. Bundan əlavə, onlar Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məmmədəmin Rəsulzadənin kitablarını verməkdən imtina ediblər. Bu barədə Turan-a Ə.Muxtarlının dostu, gənc fəal Samir Əsədli bildirib. Jurnalistin ailəsi görüşmək üçün S.Əsədliyə etibarnamə verib.
Ancaq nə S.Əsədli, nə də ailənin etibarnamə verdiyi digər fəallar görüş üçün icazə ala bilməyiblər.
"Biz Əfqana Rəsulzadənin üç kitabını apardıq, ancaq onları geri qaytardılar. Görünür, hakimiyyət Rəsulzadə ideyalarının yayılmasından qorxur",- S.Əsədli vurğulayıb.
Müdafiə tərəfi Ə.Muxtarlı ilə görüşə qadağa qoyulmasından şikayət verib, ancaq məhkəmə şikayəti təmin etməyib. Bu qərardan apellyasiya verilib.
*Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana göndərilib. Ona qarşı sərhəddi qanunsuz keçmək, qaçaqmalçılıq, sərhədçiyə qarşı zorakılıq tətbiq etmək maddələri ilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir.
Amnesty International onu "vicdan məhbusu" kimi tanıyıb.0B06-
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz