Məhkum olunan jurnalist iş axtarır
Bakı/15.08.17/Turan: Sentyabrın 6-da Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə "Yüksəliş naminə" qəzetinin baş redaktor müavini Elçin Həsənzadənin işi üzrə növbəti məhkəmə prosesi olacaq.
Nizami Rayon Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) mühakimə olunub. O, aylıq əməkhaqqının 20%-i tutulmaqla bir il islah işlərinə məhkum edilib. Lakin uzun müddətdir ki, iş tapa bilmir və bu da cərimənin ödənilməsini çətinləşdirib.
"Ötən ilin oktyabrında Sumqayıt Məşğulluq Mərkəzində uçota dursam da bu mərkəzdən mənə cəmi bir dəfə iş təklifi gəlib. 125 manat maaşla küçə süpürgəçisi işləməyi təklif ediblər. Bu məbləğin 25 manatını hökmün icrasına ödəməliyəm. Təklifi qəbul etmədim. Bildirdim ki, bu iş maaşına görə məni qane etmir. Ölkədə normal maaşlı iş tapmaq isə ən çətin məsələdir. Özümə normal maaşlı iş axtarmaq üçün vaxt istədim", jurnalist qeyd edib.
E.Həsənzadə iş tapa bilməsə bir ili həbsxanada keçirməli olacaq: "Maraqlısı odur ki, iş tapmağım üçün qoyulan şərtlər də sərtləşdirilib. Axtardığım iş yerində gərək sahibkarla elektron müqavilə bağlayım və sahibkar öz VÖEN-in surətini məhkəmə icrasına göndərib dövlətə vergi verməsi ilə bağlı bəyannamə imzalasın. Bu şərtlərlə iş tapmaqsa, ümumiyyətlə, qeyri-mümkündür. Bu gün ölkədə bu şərtlərlə yalnız dövlət idarələrində iş tapmaq olar. Hakimiyyəti tənqid edən, sifarişlə məhkum olunan bir adamı hansı dövlət idarəsi işə götürər?"
E. Həsənzadə onunla işçi müqaviləsi bağlaya, VÖEN-in surətini məhkəməyə təqdim edə və dövlətə vergi ödəyə biləcək bir şirkət varsa ona yardımçı olmasını istəyir.
E.Həsənzadə 2015-ci ildə keçmiş "Asiya" agentliyinin rəhbəri Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət özünə qarşı çevrilib. 2016-ci ilin martında E.Həsənzadəyə CM-in 221.1 maddəsi ilə cinayət işi açılıb. Sonra bu ittiham daha ağır - 221-3 maddə (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) ilə əvəzlənib. Ötən ilin mayında prokuror ona 3 il 6 ay həbs cəzası istəsə də hakim maddəni daha yüngül maddəyə tövsif edərək onu aylıq maaşının 20 faizi tutulmaqla 1 il islah işlərinə məhkum edib.-0-
Cəmiyyət
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 13:57
- 338
Rəy yaz