Афган Мухтарлы
Əfqan Muxtarlının həbs müddəti iki ay uzadılıb
Bakı/17.08.17/Turan: Nəsimi rayon məhkəməsinin bugünki qərarı ilə jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri iki ay - oktyabrın sonuna qədər uzadılıb. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
Muxtarlının sözlərinə görə, mayın 29-da o, Tbilisidə oğurlanıb və Azərbaycana göndərilib, burada onu "sərhədi qanunsuz keçmə" (318.1), qaçaqmalçılıq (206.1) və "hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə" (315.2) ittihamı ilə həbs ediblər.
Bugünki prosesdə Muxtarlı bir daha bildirib ki, Azərbaycan hakimiyyətinin yüksək təbəqələrində korrupsiya ilə bağlı jurnalist araşdırmaları apardığına görə siyasi motivlərlə həbs edilib. Bu nəşrlər Meydan.tv-də dərc olunub.
"Azərbaycan hakimiyyəti saytın Almaniyada yaşayan rəhbəri Emin Millini həbs edə bilmir, buna görə Tbilisidə məni oğurladı", deyə jurnalist bildirib.
Vəkilinin sözlərinə görə, bir ay əvvəl Gürcüstan Baş Prokurorluğu Muxtarlını yenidən dindirmək xahişi ilə Azərbaycan tərəfinə müraciət edib. Amma Azərbaycan tərəfi bu müraciətə cavab verməyib. -06D-
-
- Maliyyə
- 17 Avqust 2017 16:15
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz