Гезяль Байрамлы
Məhkəmə Gözəl Bayramlının həbs müddətini iki ay uzatdı
Bakı/17.08.17/Turan: Bu gün Bakının Nəsimi rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddətinin iki ay uzadılması haqqında qərar qəbul edib.
Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.
* Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Onu qaçaqmalçılıqda, xüsusən bəyan edilməmiş 12 min dolları keçirməyə cəhddə ittiham ediblər. Ona qarşı qaçaqmalçılıq haqqında cinayət işi açılıb.
Mayın 27-nə keçən gecə məhkəmə onun həbsi haqqında qərar çıxarıb.
Bayramlı özü irəli sürülmüş ittihamları təkzib edib və siyasi motivli adlandırıb. -05B06-
-
- Maliyyə
- 17 Avqust 2017 16:15
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz