Əfqan Muxtarlı

Əfqan Muxtarlı

Bakı/23.08.17/Turan:Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib. Jurnalistin vəkilləri onun həbs müddətinin artırılmasının qanunsuz olması əsası ilə şikayət etmişdilər.

Bakı Apellyasiya Məhkəməsində şikayətə qapalı şəkildə baxılıb. Vəkil Elçin Sadıqov deyib ki, müdafiə tərəfi məhkəmədən Nəsimi rayon məhkəməsinin avqustun 17-də qəbul etdiyi qərarın ləğv edilməsini tələb edib: "Nəsimi rayon məhkəməsi Ə.Muxtarlının həbs müddətini uzadarkən hesab edib ki, onlar azadlıqda olarlarsa istintaqdan yayına, yenidən cinayət törədə bilərlər. Mən bildirdim ki, bu qərarın əsası yoxdur. Həm də məhkəmə gəldiyi bu qənaəti heç bir arqumentlə izah etməyib. Halbuki, prosessual qanunvericilik həbs qərarı çıxarılarkən orada göstərilən hərəkətlərin edilməsi ehtimalının kifayət qədər əsaslı olmasını tələb edir", deyə vəkil bildirib.

Vəkil deyib ki, istintaq orqanı cinayət işinin materiallarını məhkəməyə gətirməyib, halbuki məhkəmə cinayət işi gətirilməyincə, bu işə baxıla bilməzdi.

Məhkəmə müdafiə tərəfinin arqumentlərini əsaslı hesab etməyib, şikayəti rədd edib.

E.Sadıqov məhkəmədən sonra iş üzrə Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Xatırladaq ki, jurnalist Ə.Muxtarlı oturum izni aldığı Gürcüstanda yaşayırdı. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi. -05B-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti