Azərbaycan XİN ermənilərin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmasını pisləyib
Bakı/08.08.17/Turan: Azərbaycan XİN Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmasını pisləyib. Atəş nəticəsində 13 yaşlı Ramin Yusifov xəsarət alıb.
Avqustun 7-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub. 13 yaşlı Ramin Yusifov yaralanıb. Bu barədə Azərbaycan XİN rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Ermənistanın bu vəhşiliyinin, xüsusilə iyulun əvvəlində Füzuli rayonunun Alxanlı kəndində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin ölümünün beynəlxalq birlik tərəfindən pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayıb.
"Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu əməllərə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar", - o bildirib.06B-
-
- Siyasət
- 8 Avqust 2017 15:52
Siyasət
-
İstintaq təcridxanasında III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətlinin vəziyyəti pisləşib. Bu barədə onun xanımı Günel Manaflı bildirib.
-
Avropa İttifaqının 12 ölkəsinin xarici işlər nazirləri Gürcüstandakı hadisələrlə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelə, həmçinin Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyiyə müraciət ediblər.
-
Mayın 13-də Bakının Xətai Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının "İki sahil" qəzetinə qarşı iddiası üzrə proses başa çatıb. Prosesə Sahibə Hacıyeva sədrlik edib.
-
Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) istintaq təcridxanasında müddətsiz aclıq elan edib. O, qanunsuz həbsinə və hökmdən apellyasiya şikayətinə qeyri-obyektiv baxılmasına etiraz edir.
Rəy yaz