Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Gözəl Bayramlının şikayəti təmin edilməyib
Siyasət 


2017 Avqust 09 ( Çərşənbə )  17:57:11
Çap versiyası
English Русский 

Bakı/09.08.17/Turan: Avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, həbsdə olan Gözəl Bayramlının qanunsuz saxlanılması işi üzrə şikayətə baxılıb.

Müdafiəçiləri G.Bayramlının saxlanmasının qanunsuz olduğunu iddia edirlər. Vəkilləri daha öncə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək saxlanılmanın qanunsuz sayılması barədə qərar çıxarılmasını tələb etmişdilər. Ancaq iyulun 31-də məhkəmə bu tələbi təmin etməmişdi.

Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxıb.

Məhkəmə prosesi qapalı keçirilib.

G.Bayramlının özünün də iştirak etdiyi məhkəmə iclası ilə bağlı AXCP sədrinin müavininin vəkilləri məlumat veriblər.

Hakim Vaqif Mirsaqulovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti əsaslı hesab etməyib, aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb.

G. Bayramlı qısa sürən məhkəmə prosesi zamanı saxlanma şəraitindən, müalicəsinə imkan verilməməsindən danışıb. O deyib ki, istintaq qurumunun ondan götürdüyü dərmanlar geri verilib. Ancaq dərmanların reseptləri G.Bayramlıya verilməyib. Bu səbəbdən o, dərmanlardan necə istifadə etməyi bilmir.

Bundan başqa AXCP sədrinin müavini iki gün əvvəl təcridxanada yıxılmasından danışıb: "Yıxılmağım sol ayagımda problem yaranması səbəbindən baş verib. Yıxılan zaman sağ ayagım da zədə alıb. Rentgendən keçiriblər, ayaq sümüklərinin zədələndiyi məlum olub, amma gərəkli dərmanlar verilməyib".

G.Bayramlının səhhəti ilə bağlı açıqlamalara Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb, barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyalarının arasında bəyan edilməmiş 12 min dollar pulun tapıldığı bildirilir.

"İş üzrə toplanmış istintaq materialları ilə müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvarından indiyədək 41 dəfə Gürcüstana səfər edib. Lakin heç vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", - məlumatda vurğulanır.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.-05B-