Böyük Britaniya XİN Mehman Əliyevin həbsindən narahatdır
London/28.08.17/Turan: Böyük Britaniya Azərbaycan hakimiyyətini azad ifadə və ədalətli məhkəmə hüququnu təmin etməyə çağırır.
Turan agentliyinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi və agentliyin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar Xarici işlər nazirliyinin mətbuat katibi deyib:
"Böyük Britaniya Turan agentliyinə qarşı cinayət işindən və agentliyin direktorunun həbsindən narahatdır.
Hadisələrin bu şəkildə inkişafı bu əməllərin siyasi motivləri, ifadə azadlığının və müstəqil KİV-in fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar narahatlıq doğurur.
Böyük Britaniya vəziyyətin gedişatını izləyir və Azərbaycan hakimiyyətini fundamental azadlıqların, insan hüquqlarının, qanunun aliliyinin, o cümlədən Mehman Əliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi üzrə öhdəliklərinə riayət etməyə çağırır", deyə Böyük Britaniya XİN-in nümayəndəsi bildirib. -0-
Siyasət
-
Rusiya prezidenti Vladimir Putin Rusiya hökuməti sədrinin keçmiş birinci müavini Andrey Belousovun müdafiə naziri vəzifəsinə təyin edilməsini təklif edib, Federasiya Şurasının mətbuat xidməti xəbər verir. Prezident həmçinin Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.
-
Şənbə günü Tbilisidə on minlərlə insan küçələrə çıxıb. Onlar hakimiyyətin qəbul etməyə çalışdığı “xarici agentlər haqqında” qanuna etiraz edirlər. Bütün gün davam edən nümayiş gecə saatlarına qədər davam edib.
-
Mayın 10-11-də Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
-
Azərbaycan prezidenti İlham Əliyev müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması barədə sərəncam imzalayıb. Bu barədə bu gün Azərbaycan Müdafiə Nazirliyində keçirilən müşavirədə elan edilib.
Rəy yaz