Turan agentliyində sənədlərin müsadirəsi davam edir
Bakı/28.08.17/Turan: Avqustun 28-də Turan agentliyinin demək olar ki, bütün əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsində dindirməyə çağırılıblar. Onları agentliyə qarşı vergilərdən yayınma ittihamı üzrə dindiriblər.
Eyni zamanda, axşama yaxın vergi orqanlarının əməkdaşları agentliyin son bir neçə illik sənədlərini müsadirə etmək məqsədilə agentliyə gəliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl agentlikdə artıq axtarış aparılıb və sənədlər və təşkilati texnika müsadirə edilib. -02-
-
- Siyasət
- 28 Avqust 2017 18:00
-
- Söz istəyirəm
- 28 Avqust 2017 22:40
Siyasət
-
Şənbə günü Tbilisidə on minlərlə insan küçələrə çıxıb. Onlar hakimiyyətin qəbul etməyə çalışdığı “xarici agentlər haqqında” qanuna etiraz edirlər. Bütün gün davam edən nümayiş gecə saatlarına qədər davam edib.
-
Mayın 10-11-də Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
-
Azərbaycan prezidenti İlham Əliyev müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması barədə sərəncam imzalayıb. Bu barədə bu gün Azərbaycan Müdafiə Nazirliyində keçirilən müşavirədə elan edilib.
-
Mayın 11-də Şuşada VII "Xarı bülbül" Beynəlxalq Musiqi Festivalı açılıb.
Rəy yaz