Oktyabrın sonunda Bakıda video-bloqçuluq haqqında xüsusi seminar keçiriləcək

Bakı/14.09.17/Turan: Şərqi Avropada mədəni müxtəliflik üçün "ADAMI Media Prize" mükafatı tərəfindən təşkil edilən "ADAMI - Dialoqlar" seminarı ilk dəfə Bakıda keçiriləcək.

Seminarın mövzusu "Video-bloq: öz ifadəni tap, yaz və paylaş!"
İki günlük seminar 27-28 oktyabr 2017-ci il tarixlərində Bakıda YARAT müasir incəsənət mərkəzində keçiriləcək.

Yaradıcı Seminar video-bloq fenomenini müzakirə etmək, habelə iştirakçılara öz layihələrini yaratmaq və həyata keçirməkdə yardım göstərmək məqsədi daşıyır.

Seminar, tanınmış video-bloqçular, Şərqi Avropa yayımçılarının mütəxəssisləri tərəfindən aparılır.
Brifinqdə iştirak etmək üçün tanınmış alman rejissoru və prodüseri, "ADAMI Media Prize" proqramının direktoru StefanToltz Bakıya gələcək.

Seminarın kuratoru - Azərbaycanlı kinorejissor, tələbə"Oskar" mükafatının laureatı Elmar İmanov forumun məzmunu barədə məlumat verəcək. Brifinqdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edəcək.

Brifinq zamanı fransız-alman ARTE kanalınınonlaynstrategiya üzrə rəhbəri DominikUilyam ilə Skypebağlantısı təşkil ediləcək.

Gələcək seminar öz məzmunu və üslubu ilə fərqli olacaq. Bütün iştirakçıların, müzakirəçilərin və , moderatorların canlı dialoqu və birbaşa ünsiyyəti olacaq.

Seminar Şərq Tərəfdaşlığı ölkələrinin iştirakçılarına açıqdır. Maraqlanan namizədlər seminarda iştirak etmək və qrant almaq üçün müraciət edə bilərlər.
Onlayn ərizə forması aşağıdakı linkdə yerləşir və 2017-ci il 1 oktyabr tarixinə qədər açıqdır:
www.adamimediaprize.eu/how-to-apply-adami-dialogue-baku-ru/

* "ADAMI Media Prize" Şərq Tərəfdaşlığı ölkələrində kinematoqrafçıları, jurnalistləri və audiovizual peşəkarları miqrasiya, tolerantlıq və mədəni müxtəliflik mövzularına təşviq etmək üçün yaradılıb.

Mükafat müxtəliflik mövzusunda olan ən yaxşı televiziya filmləri və onlayn proqramlara verilir.

Mükafatla yanaşı, ADAMI Şərqi Avropa və AB-dən media mütəxəssisləri arasında informasiya mübadiləsi və əlaqələr yaratmaq məqsədi ilə bir sıra tədbirlər təşkil edir.
"ADAMIMedia Prize" Almaniyanın Xarici İşlər Nazirliyi və ProCreditHolding tərəfindən maliyyələşdirilir.

Daha ətraflı məlumat üçün: www.adamimediaprize.eu

Mətbuat brifinqi 18 sentyabr 2017, saat 14:00-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Brifinqin rəsmi hissəsindən sonra qeyri-rəsmişəkildə qəhvə süfrəsində söhbətimizi davam etdirəcəyik.--0--

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti