Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
AİHM-in Gözəl Bayramlı ilə bağlı qərarı icra olunmur

AİHM-in Gözəl Bayramlı ilə bağlı qərarı icra olunmur
Siyasət 


2017 Sentyabr 22 ( Cümə )  10:36:29
Çap versiyası
English Русский 

Bakı/22.09.17/Turan: Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona ödəniləcək pul kompensasiyasını ala bilmir. Bunu Turan-a vəkil Elçin Sadıqov bildirib.

O xatırladıb ki, bu ilin fevralında AİHM 2011 və 2013-cü illərdə G.Bayramlının etiraz aksiyalarında iştiraka inzibati cəza alması ilə bağlı şikayəti üzrə öz qərarını elan edib.

AİHM G.Bayramlının 2011-ci il 17 aprel və 2013-cü ilə 26 yanvarda etiraz aksyaları zamanı özbaşına saxlanması və polis zorakılığına məruz qalması ilə bağlı şikayətini təmin edib.

Strasburq məhkəməsi mənəvi zərərə və məhkəmə xərclərinin ödənilməsinə görə kompensasiya təyin edib.

Bundan öncə bildirilmişdi ki G.Bayramlıya ümumi məbləği 15 900 avro kompensasiya təyin edilib.

Strasburq məhkəməsinin qərarı bir ay öncə qüvvəyə minib. Ancaq icra edilmir.

Həbsdə olan G.Bayramlı kompensasiyanı almaq üçün yaxınlarından birinə etibarnamə verməlidir. Ancaq təcridxana rəhbərliyi bu notarial aktın həyata keçirilməsinə şərait yaratmır.

Vəkil müvafiq orqanlara müraciət etsə də, cavab almayıb.

E.Sadıqov G.Bayramlının səhhətilə bağlı problemin qaldığını bildirib.

O deyib ki, bu yaxınlarda təcridxanada G.Bayramlya baş çəkən ombudsman ona keyfiyyətli tibbi yardımın göstərilməsi üçün şərait yaradılacağını vəd edib.

Xatırladıb ki, G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən həbs olunub. O 12 min dollar qaçaqmalçılığında ittiham edilib. Məhkəmə onu 3 ay müddətinə həbs edib.

G.Bayramlı ittihamları qəbul etməyərək onları siyasi motivli adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.-06D--