Müsavat Partiyası Şirvan təşkilatının rəhbərinə qarşı ittiham ağırlaşdırılıb

Bakı/08.01.17/Turan: Müsavat Partiyası Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudova qarşı ittiham daha ağır maddəyə tövsif edilib. Belə ki, CM-in 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) 315.2 maddəyə (həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) tövsif edilib. Bunu Turan-a vəkil Nemət Kərimli bildirib.

Əgər 221.2.2 maddə üzrə Ə.Xurşudovu 5 ilədək həbs təhlükəsi gözləyirdisə, yeni ittihamla7 il həbs təhlükəsi var.

Ə.Xurşudovun barəsində daha bir ittiham da var: CM-in 221.3-cü maddəsi (silah kimi istifadə olunan alət tətbiq etməklə xuliqanlıq). Bu ittiham üzrə 3 ildən 7 ilədək azadlıqdan mərhum olunma təhlükəsi gözlənilir.

Ə.Xurşudov 7 ilədək həbs cəzası ilə bağlı ittihamı qəbul etmir.

Müdafiə tərəfi ittihamı əsassız sayır.

Ə.Xurşudov noyabrın 22-də Şirvanda həbs olunub və CM-in 221.2.2 və 221.3-cü maddələri ilə ittiham edilib.

Noyabrın 24-də Şirvan Apellyasiya Məhkəməsi Ə.Xurşudovu 3 ay həbs edib.

Müsavat Partiyası hesab edir ki, Ə.Xurşudov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün həbs olunub.-06D--

Rəy yaz

Cəmiyyət

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti