Bakıda yağış, dağlarda qar gözlənilir

Bakı/08.01.18/ Turan: Yanvarın 9-da axşam Bakıda və Abşeronda yağış gözlənilir, havanın temperaturu gecə +3+5, gündüz + 8+11 dərəcə olacaq.

Axşama doğru ölkənin şimal və qərb rayonlarında qar yağacaq, güclü qərb küləyi əsəcək, sinoptiklər bildiriblər.

Havanın temperaturu gecə +1+6, gündüz + 8+13 dərəcə olacaq. Dağlarda gecə - 3-8, gündüz +5+10 dərəcə olacaq. -05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti