Огтай Гюлалыев
Oqtay Gülalıyevə nəhayət ki, xarici pasport verilib
Bakı/08.01.18/Turan: "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev uzun illər səmərəsiz müraciətlərindən sonra, nəhayət yanvarın 8-də ümumvətəndaş pasportu (xarici pasport) alıb.
Bu gün o, DİN-in Pasportlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə dəvət edilib, orada ona xarici pasport verilib, ölkədən çıxmasına heç bir qadağa olmadığı bildirilib. Bu barədə Turan-a Gülalıyev özü bildirib.
2012-ci ildə Gülalıyevə qarşı cinayət işi saxtalaşdırılıb. Həmin dövrdə o, Kür və Araz çaylarında dağıdıcı daşqından ziyan çəkmiş əhaliyə hüquqi və məsləhət yardımı göstərən "Kür" vətəndaş cəmiyyəti qərargahının əlaqələndiricisi idi.
Bir il əvvəl iş bağlanıb, amma onun ölkədən çıxmasına qoyulmuş qadağa qüvvədə qalmışdı.
Gülalıyev xarici pasport verilməsi tələbi ilə dəfələrlə DİN-ə müraciət edib və hətta dövlət gömrüyünü ödəyib, amma hər dəfə ASAN xidmət mərkəzindən ona pasport verməkdən imtina ediblər və DİN-ə müraciət etməyi məsləhət görüblər. Çoxsaylı müraciətlər cavabsız qalıb.
Maraqlıdır ki, vaxtilə dövlət rüsumunu ödədiyi üçün bu gün pasport verərkən hüquq müdafiəçisindən dövlət rüsumu almayıblar. -06B-
Cəmiyyət
-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023-cü il üçün illik hesabatını dərc edib. Sənəd ölkədə məişət zorakılığı ilə bağlı vəziyyətə işıq salır. Məruzədə əvvəlki illə müqayisədə qeydiyyata alınan halların sayının bir qədər azaldığı qeyd edilsə də, bu cür hadisələrin yayılma səviyyəsi və nəticələri ilə bağlı narahatlıqlar davam edir.
-
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir.
-
Mayın 19-da içində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir neçə digər rəsmi şəxsin olduğu helikopter qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın rəsmi şəxsləri prezidentin və onun komandasının həlak olduğunu açıqlayıb. Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.
-
Mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 19-24 dərəcəyə qədər yüksələcək.
Rəy yaz