2017-ci ildə Azərbaycana 2 691 998 nəfər turist gəlib

Bakı/08.01.18/Turan: 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Bu barədə Mədəniyyət və Turizmi Nazirliyi məlumat yayıb.

Ölkəyə gələnlərin 853 082-si Rusiya, 537 710-u Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar Azərbaycana daha çox iyul ayında gəlib, 313 515 nəfər olub.

2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4 faiz, 11.2 faiz və 3.8 faiz təşkil edib.

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.

2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.

Nazirlik bildirir ki, Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında da artım baş verib. -03D-

Rəy yaz

Cəmiyyət

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti