Alpinistlərin axtarışı nəticəsizdir
Bakı/08.01.18/Turan: Yanvarın 8-I Quba rayonda itkin düşmüş 3 alpinistin axtarışı davam etdirilib.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Məlumatda "Gilavar" idman klubunun üzvləri Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışlarının hələlik nəticəsiz olduğu ifadə olunur
"Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb", məlumatda bildirilir.
Cəmiyyət
-
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağıntısız keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+16, gündüz müsbət 20+25 dərəcə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Tərtər rayonunda çoban minaya düşərək həlak olub.
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
Rəy yaz