Çərşənbə günü Bakıda hava yağışlı və küləkli olacaq

Bakı/09.01.17/Turan: Çərşənbə günü Bakıda və Abşeronda hava şəraiti kəskin dəyişəcək, şimal-qərb küləyi güclənəcək, yağış, bəzi yerlərdə isə sulu qar yağacaq. Havanın temperaturu gecə və gündüz +2+5 dərəcə olacaq.

Ölkə rayonlarında yağış gözlənilir, dağ və dağətəyi rayonlarda qar yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə -1 dərəcə şaxtadan +4 dərəcəyədək, gündüz +4+8 dərəcə olacaq. Dağlarda gecə -5-10, gündüz 0-5 dərəcə olacaq.-06D--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti