Nazirlər Kabineti yaşayış məntəqələrində yaşıllıq sahələrinə dair normaları təsdiqləyib

Bakı /09.01.17/Turan: Nazirlər Kabineti yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edib.

Qərara əsasən çox iri və iri şəhərlərdə adambaşına 10 kv.m., böyük şəhərlərdə 9 kv.m., orta şəhərlərdə 7 kv.m., kiçik şəhərlərdə 8 kv.m. yaşıllıq sahəsi düşməlidir. Qəsəbələr üçün bu norma 8 kv.m., kəndlər üçün isə 12 kv.m. nəzərdə tutulub.
Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.06D--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti