DSX saxta pasportları ifşa etdiyini bildirir

Bakı/09.01.18/Turan: Dövlət Sərhəd Xidməti (DSX) saxta sənədələrlə Azərbaycandan çıxmaq istəyən İran vətəndaşlarını saxlyıb. Bu haqda DSX-nin yaydığı məlumatda deyilir.

Xidmət bildirir ki, hadisə bu il yanvarın 4-də Heydər Əliyev adına aeroportda baş verib.

Açıqlamaya görə, Bakı-London reysi ilə Böyük Britaniyaya getmək istəyən Cimen Aysegül və qızı Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar: "Axtarış nəticəsində onların üzərindən saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlar aşkar edilib".

Xidmət bildirir ki, hər iki şəxs bu il yanvarın 1-də İstanbul-Bakı reysi ilə Azərbaycana gəliblər, əslində onların İran vətəndaşları Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı Pərvəreş Pəniz Əli qızı olması müəyyən edilib.

Sərhəd Xidməti bildirir ki, bu şəxslər saxta pasportları İstanbul şəhərində İran vətəndaşı olan bir şəxsin vasitəsilə əldə ediblər.

Hazırda fakt üzrə cinayət işi başlanıb. -05D-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti