Nazirlik klubu təqsirli bilir
Bakı/09.01.18/Turan: "İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır". Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bunu itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda yanvarın 9-da keçirilən mətbuat konfransında deyib.
F.Əliyevin sözlərinə görə, "Gilavar" idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: "Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur. Son 10 il ərzində 400-dən çox alpinistə dağa qalxmaq üçün icazə verilib. Bu, ilk belə bədbəxt hadisədir", -deyə nazir müavini əlavə edib.
"İtkin düşən alpinistlər tapılana kimi axtarışlar davam etdiriləcək. Bu məsələ konkretdir". Bunu isə həmin mətbuat konfransında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib.
F.Tağızadə deyib ki, itkin düşən 3 alpinistin axtarışında ancaq peşəkarlar iştirak etməlidir: "İtkin düşən alpinistlər ən asan - B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib".
Xatırladaq ki, "Gilavar" idman klubunun üzvləri, alpinistlər Fəridə Cəbrayılzadə, Namin Bunyatov, Babur Hüseynov 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa yürüşə çıxıblar. Elə həmin gün də onlarla əlaqə itib.
Fövqəladə Hallar Nazirliyi alpinistlərin itkin düşməsilə bağlı məlumatın nazirliyə dekabrın 26-sı axşam daxil olduğunu deyir və dekqbrın 27-dən axtarışlara başlandığını bildirir. Bununla bağlı Əməliyyat Qərargahı yaradılıb. Axtarışlar səhər saat 6-dan axşam saat 17-yə kimi davam edir.
Qeyd edək ki, faktla bağlı Baş Prokuroluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi qaldırıb. -05B-
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz