Ziya Əsədli
�Azadlıq�ın müxbiri azad edilmədi
Şirvan Apellyasiya Məhkəməsi "Azadlıq" qəzetinin həbsdəki bölgə müxbiri Ziya Əsədlini azadlığa buraxmaqdan imtina edib.
Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti əsaslı sayılmayıb.
Bu gün, yanvarın 9-u keçirilən məhkəmə iclasında müdafiə tərəfi Z.Əsədliyə qarşı ittihamın və aşağı məhkəmənin hökmünün əsassız olduğunu diqqətə çatdırıb. Məhkəmədən jurnalist barəsində bəraət qərarı verilməsi istənilib.
Ancaq hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin tələblərini rədd edib.
Vəkil Elçin Sadıqov qırarla razı olmadıqlarını bildirib. Məhkəmə qərarı təqdim edildikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Bakı/09.01.18/Turan: "Azadlıq" qəzeti-nin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Həbs olayının detalları ilə bağlı indiyədək Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yayıb. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub.
"Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli güyatelefonu onun başına vurub", o, demişdi.
Yüsif Mehdixanlı bildirmişdi ki, hələ bir müddət öncə yazılarına görə, jurnalistə "torba tikiləcəyi" ilə bağlı xəbərdarlıq edib. O isə yazılarına davam edib.
Ziya Əsədliyə CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Məhkəmə ona 3 il həbs cəzası verib.
Cəmiyyət
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
-
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzərin Azərbaycan sektorunda dövlət sərhədini pozan İrana məxsus qayığı saxlayıb, bu barədə bu qurumun 22 aprel tarixli məlumatında deyilir.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 5 gündür quru aclığı davam etdirir. Bu barədə aprelin 22-də Elnur Həsənovla telefon danışığından sonra AXCP-dən Turan-a bildiriblər.
Rəy yaz