Arxiv
Masallıda banka borcu olan şəxs özünü yandırıb
Bakı/10.01.18/Turan: Yanvarın 9-da Masallı rayonunun Şərəfə kənd sakini Raqif Zeynalovun özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Turan-a Masallı Rayon Prokurorluğundan bildiriblər.
R.Zeynalov yanvarın 9-da Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq benzin tökərək özünü yandırıb. O, ağır vəziyyətdə Bakıya çatdırlıb və Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Yerli mənbələrin dediklərinə görə, R.Zeynalov banka borclu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmənin qərarı ilə onun aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz olaraq özünü yandırıb.
Öz növbəsində, Respublika Yanıq Mərkəzindən Turan-a bildiriblər ki, Raqif Zeynalov reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu çox ağırdır. -03B-
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz