Ağac kəsməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb
Bakı/10.01.18/Turan: Bakı şəhərində ağac kəsməkdə şübhəli bilinən paytaxt sakini Mehdi Kərimov, Ucar rayon sakini Rauf İsmayılov, Siyəzən rayon sakini Elşad Quliyev və Qubadlı rayon sakini Məqsəd Babayev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilır ki, 2017-ci il fevralın 23-də Bakının Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilib. -03D-
-
- İqtisadiyyat
- 10 Yanvar 2018 13:51
-
- Siyasət
- 10 Yanvar 2018 14:18
Cəmiyyət
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
Rəy yaz