Azərbaycan Milli Kitabxanası Los Anceles Universitetinin kitabxanası ilə əməkdaşlıq edəcək

Bakı/10.01.18/Turan: Yanvarın 9-da ABŞ-ın Los Anceles Universitetinin (UCLA) kitabxanasında Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib.

UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) bildirib ki, iki kitabxana arasında əməkdaşlıq və birgə həyata keçiriləcək layihələr hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılmasına kömək edəcək.-03D-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti