Cümə axşamı üçün hava haqqında

Bakı/10.01.18/Turan: Yanvarın 11-də Bakıda və Abşeronda hava tutqun, az yağışlı olacaq, güclü şimal küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək.

Sinoptiklərin məlumatına görə, havanın temperaturu gündüz +6 +9, gecə +1 +3 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında dağlıq rayonlarda qar yağışları davam edəcək, güclü qərb küləyi əsəcək.

Aran rayonlarında temperatur gecə -1 +4 dərəcə, gündüz +5 +10 dərəcə təşkil edəcək.

Dağlarda gecə -10 dərəcəyə qədər, gündüz 0 -5 dərəcə şaxta olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti