Огтай Гюлалыев

Огтай Гюлалыев

Bakı/10.01.17/Turan: Azərbaycanlı fəal Oqtay Gülalıyev Rusiyanın məşhur hüquq müdafiə internet nəşri olan "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Cənubi Qafqazda öz qəhrəmanını seç" onlayn səsvermənin qalibi olub.

Səsvermədə Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti fəallarından hüquq müdafiə sahəsində daha çox fərqlənən 7 namizəd təmsil olunub.

"Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbərinin namizədliyi siyasi məhbus siyahılarının tərtib edilməsində və onların hüquqlarının müdafiəsində xidmətlərinə görə irəli sürülüb.

Onlayn səsvermə yanvarın 10-da başa çatıb. Onun yekunlarına görə Oqtay Gülalıyev siyahıda lider olub. Səsvermə iştirakçılarının 34,25%-i onu dəstəkləyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Ermənistan) ofisinin sədri Artur Sakunts 29,69% səslə ikinci olub.

Üçüncü yeri Gürcüstanın Cənubi Osetiya bölgəsindən Tamara Mearakişvili tutub.

Qeyd edək ki, Şimali və Cənubi Qafqaz üzrə səsvermə ayrı keçirilir. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti