Gözəl Bayramlı
Gözəl Bayramlının məhkəməsi səndələrin elan edilməsi ilə davam edib
Bakı/10.01.18/Turan: Yanvarın 10-da Qazax Rayon Məhkəməsində (Bakıdan 500 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə sənədlərin elan olunması ilə davam etdirilib.
G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.
Vəkil Elçin Sadıqov bugünki məhkəmə iclasında Bayramlının təqsirsizlik prezumpsiyasının pozulmasının məhkəmə tərəfindən tanınması barədə vəsatət qaldırıb.
"Hakim məşvərətə getdi və iş gününün sonunda qayıtdı, vəsatəti təmin etmədi", deyə Sadıqov Turan-a bildirib.
Vəkil məhkəmənin süni şəkildə uzadıldığı qənaətindədir.
"Biz işin süni surətdə uzadılmasından narahatıq. Gözəl Bayramlı da sədrlik edənin nəzərirnə çatdırdı ki, onunla bağlı hər şey aydındır. Məhkəmənin uzadılmamasını xahiş etdi", o qeyd edib.
Vəkil indiyədək məhkəmənin müdafiə tərəfinin hər hansı vəsatətini təmin etmədiyini deyib. "Məhkəmə birtərəfli aparılır, ittihamın mövqeyindən çıxış edir", deyə Sadıqov qeyd edib.
Növbəti məhkəmə iclası yanvarın 23-də saat 14-də olacaq. -03B-
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rəy yaz