Musa Tukanov
Partiya sədrinin məhkəməsi başlayıb
Bakı/10.01.18/Turan: Bu gün, yanvarın 10-u məhkəmə Azərbaycan Karlar Cəmiyyətinin həbsdəki sədr müavini, eləcə də Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanovu azadlığa buraxmayıb.
Bunu onun oğlu Akif Tukanov bildirib.
Onun bildirdiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Musa Tukanovun işi üzrə məhkəmə prosesi başlayıb.
İlk məhkəmə iclasında tərəflər işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. M.Tulkanovun müdafiə tərəfi məhkəməyə bir neçə vəsatət təqdim edib. Vəkilləri M.Tulkanovun xəstə, müharibə veteranı, əlil olmasını əsas gətirərək onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.
Ancaq hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası vəsatəti rədd edib.
Proses yanvarın 17-də davam etdiriləcək.
Musa Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəridir. O, ötən həftə saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib.
Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.-0-
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 17:42
- 362
-
- Kənd təsərrüfatı,
- 13:01
- 379
Rəy yaz