Azərbaycanda 2250 məscid fəaliyyət göstərir
Bakı/11.01.17/Turan: Azərbaycan ərazisində 2250 məscid mövcuddur, bunlardan 136-sı Bakı şəhərində yerləşir. Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildiriblər.
Bundan başaqa ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Həmçinin ölkə hüdudlarında 748 pir və ziyarətgah qeydə alınıb ki, onlardan da 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.
Komitədən bildirilib ki, Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib.
Komitənin açıqlamasına görə, bu dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.
2017-ci ildə dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb və bu təhsil müəssisələri artıq mədrəsə yox, kollec adlandırılır.
Xatırladaq ki, 2009-cu ildən dini qurumların yenidən qeyidyyata alınması başladıqadan bu yana 793 qini qurum qeydə alınıb, bu dini qurumların 765-i islam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür. -05D06-
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz