Üç sərhəd pozucusu saxlanılıb
Bakı/11.01.18/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhəddini pozan Sənan və Elvin Xasməmmədovları saxlayıblar. Məlumatı DSX yayıb.
Hadisə yanvarın 4-də Ağstafa rayonunun Sadıxlı kənd zastavası ərazisində baş verib. Hər iki şəxs Azərbaycan vətəndaşıdır.
"Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, onlar müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışları məhdudlaşdırılıb. Bu səbəbdən ölkə ərazisini qanunsuz yolla tərk etməyə cəhd göstəriblər", - məlumatda deyilir.
Yanvarın 8-də isə Azərbaycan vətəndaşı Xaqani Orucov Qusar rayonunda sərhəddi qanunsuz keçməyə cəhd edərkən saxlanılılıb. Onun əvvəllər axtarışda olması müəyyən edilib.
Hər iki fakt üzrə cinayət işi başlanıb.-05D-
-
- İqtisadiyyat
- 11 Yanvar 2018 16:35
-
- Siyasət
- 11 Yanvar 2018 17:27
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz