Афган Мухтарлы
Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib (YENİLƏNİB)
Bakı/12.01.18/Turan: Balakən rayon Məhkəməsinin hökmü ilə jurnalist Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib. Bu barədə vəkil Nemət Kərimli Turan-a bildirib.
Onun sözlərinə görə, məhkəmə zalında olanlar və Əfqan Muxtarlı hökmə etiraz edərək, Azərbaycan himnini oxuyub. -03B-
* * *
2018 Yanvar 12 (Cümə) 15:32:50
Prokuror Əfqan Muxtarlının 8 il azadlıqdan məhrum edilməsini istəyib
Bakı/12.01.17/Turan: Bu gün jurnalist Əfqan Muxtarlının işi üzrə prosesdə prokuror yekun sözlə çıxış edib. O, jurnalistin 8 il azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
Müdafiə tərəfi məhkəməni Ə.Muxtarlıya bəraət verməyə çağırıb.
Jurnalist özü cinayət işinin saxtalaşdırıldığını və hakim elitanın korrupsiya faktlarını araşdırdığına görə təqib olunduğunu bildirib.
Hakim jurnalistin çıxışını dayandırıb.
Hökmün oxunması saat 14:30-a təyin edilib.
* Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzində oğurlanaraq gizli şəkildə Azərbaycana göndərilib. Onun sözlərinə görə, bunu Gürcüstanın kriminal polis əməkdaşları Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə ediblər.
Növbəti gün Bakıda məhkəmə Ə.Muxtarlını CM-in üç maddəsilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).
Ə.Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həmkarları bildirirlər ki, o, Azərbaycanda korrupsiyaya dair tənqidi yazılarına görə təqib edilir.-03B06-
-
- İqtisadiyyat
- 12 Yanvar 2018 16:06
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz