104 yaşlı qadın Çeçenistana göndərilib
Bakı/12.01.18/Turan: Dekabrda Goranboyda tapılan və özünü 104 yaşlı çeçen kimi təqdim edən Mədinə Əliyeva ötən gecə Çeçenistana yola salınıb.
O, dekabrın 23-də polis əməkdaşları tərəfindən tapılıb. Onu rayon xəstəxanasına aparıblar. Üç gündən sonra "Təmiz dünya" sığınacağına yerləşdirilib.
Yanvarın əvvəlində qadın Bakıdakı katolik kilsəsi nəzdində "Tereza ananın bacıları" sığınacağına verilib. Burada yaşlı adamlara qayğı göstərilməsi üçün hər cür şərait var.
Qadın Goranboya necə gəlib çıxdığını aydın başa sala bilməyib. Onun sözlərinə görə, iki qadın onu Kərbəlaya (İraq) ziyarətə aparırmış, ancaq Goranboyda qoyublar. Qadın milliyyətcə çeçen olduğunu bildirib. Onun sözlərinə görə, 1913-cü ildə Dağıstanda anadan olub. O, Çeçenistana göndərilməsini xahiş edib.
Azərbaycan XİN Çeçenistana və Dağıstana müvafiq sorğu göndərib. Oradan cavab gəlib ki, qeydiyyatda belə şəxs yoxdur.
Öz növbəsində Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib ki, ölkəyə Mədinə Əliyeva adlı şəxs daxil olmayıb.
Eyni zamanda Çeçenistan rəhbərliyi qadını qəbul etməyə hazır olduğunu bildirib.
Ötən gecə Mədinə Əliyeva Çeçenistan nümayəndələrinin müşayiətilə Rusiyaya yola salınıb. Bunu Turan-a "Tereza ananın bacıları" sığınacağının rəhbərinin köməkçisi Vadim Dombrovski bildirib.
"Azərbaycan XİN, Rusiyanın Bakıdakı səfirliyi, yerli çeçen diasporunun nümayəndələrinin fəal yardımı sayəsində məsələ həll olundu", - o vurğulayıb. V.Dombrovski qeyd edib ki, qadına sərhəddi keçmək üçün müvəqqəti sənəd verilib.-06B-
-
- Maliyyə
- 12 Yanvar 2018 13:53
-
- İqtisadiyyat
- 12 Yanvar 2018 14:38
Cəmiyyət
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 230
Rəy yaz