İş adamları rüsumlardan narazılıq edirlər
Bakı/12.01.18/Turan: Bu gün, yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar yeni gömrük rüsumlarından narazılıq ediblər. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.
Məsələyə DGK da münasibət bildirib.
DSK mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi qərarla 2018-ci il yanvar ayının 1-dən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. "Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər", deyə məlumatda vurğulanır.
Komitə bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.
Xatırladaq ki, Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də "Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
Qərarla "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri", "Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri" və "Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı" bu il yanvarın 1-dən ləğv edilib.
Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlınib.
Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib. -05B-
Cəmiyyət
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Rəy yaz