Əfqan Sadıqova qarşı yeni ittiham irəli sürülüb
Bakı/13.01.18/Turan: Həbsdə olan azel.tv saytının təsisçisi redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb.
O, cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb və buradan Cəlilabad rayonuna göndəriləcək. Orada redaktor məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə jurnalistin doğmaları bildiriblər. Onlar yeni ittihamın mahiyyətinin nədən ibarət olduğunu bilmirlər.
Vəkil Elçin Sadıqov hesab edir ki, jurnalistə qarşı Cəlilabad rayon icra başçısının böhtan haqqında iddiası ilə başlayan cinayət işini "yeniləyiblər". Ötən ilin martında bu iş üzrə məhkəmə başlayıb, amma dinləmələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
E.Sadıqov bazar ertəsi jurnalistlə görüşmək niyyətindədir.
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.
O, 2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub.
Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.
İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.
147.2-ci (ağır cinayət törətmək barədə böhtan) maddə ilə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hüquq müdafiə təşkilatları Əfqan Sadıqov siyasi məhbuslar siyahısına daxil ediblər. Yerli hüquq müdafiəçiləri jurnalistin rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs edildiyini hesab edirlər. -06D-
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz