İsa Qəmbər
İsa Qəmbər xəstəxanaya yerləşdirilib
Bakı/14.01.18/Turan: Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib. Bunu partiyanın başqanı Arif Hacılı biıdirib.
A.Hacılının açqlamasına görə, yanvarın 13-də İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib: "Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir".
A.Hacılının bildirməsinə görə, İ.Qəmbər iki günü xəstəxanada qalmalı olacaq.
İ.Qəmbər 1992-93-cü illərdə parlamentin spikeri olub. 1992-ci ilin dekabrında Müsavat partiyasının qurultayında partiyanın sədri seçilib, 2015-ci ilə kimi partiyaya başanlıq edib.
2015-ci ildən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir.-0-
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz