vəkil Elçin Sadıqov
Vəkil: �Arif Kazımov və Səfa Poladov alçaldıcı rəftara məruz qalıblar�
Bakı/15.01.18/Turan: "Penitensiar Xidmətin həbsxanasında saxlanılan Səfa Poladov və Arif Kazımov hazırda dəmirin üstündə yatırlar. Həbsxana rəisi onları ölümlə hədələyib. Alçaldıcı rəftara məruz qalıblar. Arif Kazımov baş verənlərdən bezərək intihar edib (amma həbsxana əməkdaşları intiharın qarşısını alıblar)". Bu barədə vəkil Elçin Sadıqov yanvarın 13-də Penitensiar Xidmətin həbsxanasında Səfa Poladov və Arif Kazımovla görüşdükdən sonra Facebook səhifəsində yazıb.
A. Kazımov və S.Poladov keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində qulluq ediblər. 1996-cı ildə Qazax rayonunda (Bakıdan 500 kilometr qərb) baş verən silahlı insidentdən sonra həbs olunublar. Əvvəlcə ölüm cəzasına, ölüm cəzası ləğv edildikdən sonra isə ömürlük həbsə məhkum ediliblər. 2017-ci ilin martımda Ali Məhkəmə ömürlük azadlıqdan məhrumetmənin 20 illik həbslə əvəz edilməsi barədə A.Kazımov və S. Poladovun kassasiya şikayətini təmin etməyib.
Vəkil yazır ki, A.Kazımov və S.Poladov 2017-ci il dekabrın 14-də həbsxana rəisinin onlara qarşı qanunsuz və alçaldıcı hərəkətlərə yol verdiyini, dəfələrlə heç bir əsas olmadan televizora baxmaq adı ilə karsa (cərimə kamerasına) salındıqlarını, yerlərini dəyişdirib başqa yerə köçürüldüklərini bildiriblər.
"Mənə Azərbaycan prezidenti İlham Əliyevin adına yazılmış ərizə verdilər və yazılı olaraq xahiş etdilər ki, bu məlumatı təcili olaraq ictimailəşdirim ki, ölkə başçısının və ombudsmanın baş verənlərdən dərhal məlumatı olsun. Ombudsman dərhal onları qəbul edib, həyatlarına olan təhlükənin qarşısını alsın", - vəkil qeyd edib.
Penitensiar Xidmət hələ məhbusların bəyanatına münasibət bildirməyib. Amma Penitensiar Xidmət bir qayda olaraq həbs yerlərində insanların qanunvericiliyin tələblərinə uyğun saxlanıldığını, onların işgəncə və qeyri-insani rəftara məruz qalmadığını bildirir.-03B-
-
- İqtisadiyyat
- 15 Yanvar 2018 15:25
-
- Cəmiyyət
- 15 Yanvar 2018 16:06
Cəmiyyət
-
Aprelin 18-də Bakıda və Abşeronda yağıntısız isti hava şəraiti davam edəcək. Səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
-
Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılma prosesi başlayıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 17-də bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib: "Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
-
Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bloger Cəmil Məmmədlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
-
Azərbaycanın yaşıl mənzərələrlə əhatə olunmuş Şəki şəhərində keçmişlə bağlı xatirələri saxlayan tarixi qala yerləşir. Ancaq son açıqlamalar onun qədim daşlarına qaranlıq kölgə salıb, qalanın sakit fasadının arxasında gizlənmiş narahatverici zorakılıq və zülm tarixçəsini ortaya qoyub.
Rəy yaz